Prezident İlham Əliyev: “Bəzi hallarda BMT qətnamələri bir neçə saata icra olunur, Azərbaycana gəlincə, 20 ildən artıqdır, yerinə yetirilmir”
“Azərbaycanın müstəqillik illərində ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan prezidentiİlham Əliyev deyib.