İrəvanın ermənilərə güzəştə gedilməsi
Mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə İrəvanın ermənilərə güzəştə gedilməsindən 96 il ötür
Mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə İrəvanın ermənilərə güzəştə gedilməsindən 96 il ötür
Mayın 18-də Laçının erməni silahlı birləşmələri tərəfindən işğalının 22-ci ildönümüdür.
Mayın 8-də Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğalının 22-ci ildönümüdür.
1918-ci ilin mart-aprel aylarında erməni silahlı birləşmələri Şamaxıda soyqırım törədiblər. Soyqırım zamanı Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetiriblər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub. Hesablamalara görə, bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manata bərabərdir.
26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini zəbt edib və azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Bir gecədə 613 nəfər, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.
1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında “Bişkek protokolu” qüvvəyə minib. Ötən 20 il ərzində yüzlərlə azərbaycanlı, o cümlədən dinc əhali Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində həlak olub.