Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Bu günədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan beş yaşayış məntəqəsi üzrə 1360 məcburi köçkün ailəsinin (5354 nəfər) daimi məskunlaşması təmin edilib. Laçın rayonunun Zabux kəndi də onlardan biridir.
Füzuli şəhərində artıq 527 ailə məskunlaşıb. Bu, təqribən 2000 nəfərə yaxın insan deməkdir.
Prezident İlham Əliyev “Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında” Sərəncam imzalayıb.
Fevralın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib.