HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Böyük Qayıdış: Daha 91 nəfər Zabuxa yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

AZƏRTAC xəbər verir ki, noyabrın 20-də rayonun Zabux kəndinə növbəti 25 ailə (91 nəfər) yola düşüb.

İşğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq Füzulidə əmək yarmarkası keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində Əmək yarmarkası təşkil olunub. Bu, işğaldan azad edilən ərazilərdə keçirilən ilk Əmək yarmarkasıdır.

Nazir: Kənd təsərrüfatı məhsullarının istehsalı işğaldan azad edilmiş torpaqlar hesabına 8-10 faizdən çox artacaq

Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan təqribən 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır. İlkin hesablamalar göstərir ki, bu ərazilərdə iribuynuzlu heyvanların sayının təqribən 430 min başa, xırdabuynuzlu heyvanların sayının isə 1,6 milyon başa çatdırılması mümkündür.