HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Böyük Qayıdış: Daha 70 sakin Laçına qayıdır

Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə, yəni 59 nəfər yola düşüb. Bu gün, həmçinin Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış daha 4 ailə (11 nəfər) isə yaşadıqları ərazidən yola salınacaq. Onlar Horadiz şəhərində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.