HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür

Dörd il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Milli Kitabxanada “25 Noyabr – Kəlbəcər Şəhəri Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “25 Noyabr – Kəlbəcər Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Kəlbəcər şəhərinin tarixi, coğrafiyası, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar yer alıb, həmçinin Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsi və şanlı Zəfəri əks etdirən kitablar, məqalələr və sair materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Xankəndidəki tikiş fabrikində istehsal olunan məhsulların 80 faizi ixrac ediləcək

Xankəndi şəhərindəki tikiş fabrikində yüksəkkeyfiyyətli trikotaj məhsullar istehsal olunur. Yeni istifadəyə verilən fabrikin müasir avadanlıqlarla təmin olunması, müəssisədə yaradılan yüksək istehsal şəraiti keyfiyyətli məhsula zəmanət verir. Tikiş fabriki Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının nəticəsidir. Azərbaycan və Özbəkistan prezidentləri noyabrın 13-də videobağlantı vasitəsilə fabrikin açılış mərasimində iştirak ediblər.

Bu gün Şuşa Şəhəri Günüdür

Dörd il əvvəl – 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.