Bakı Enerji Həftəsinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən xüsusi sessiya ilə yekun vurulub
İyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubu oxuyub.