Azərbaycan Müdafiə Nazirliyi: Düşmən cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb
Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.
Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.
Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.
Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini yayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini yayıb.
İnformasiya müharibəsində iştirakçı edən “Karabakh is Azerbaijan!” Milli Platformasının fəaliyyət istiqamətlərindən biri də araşdırma sahəsidir. Platforma müxtəlif ölkələrdəki erməni terror təşkilatları haqqında məlumatlardan ibarət olan video yayıb.
Ötən sutka ərzində düşmənin bölmələri Ermənistanın Berd rayonu istiqamətindən Tovuz və Ağstafa rayonlarında yerləşən mövqelərimizi və cəbhənin müxtəlif istiqamətlərində ordumuzun digər mövqelərini, o cümlədən Ağdam, Ağcabədi, Tərtərdəki yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.