HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 32 ailə – 125 nəfər köçürülüb.

Horovlu kəndində birinci mərhələdə 334 ev tikilir VİDEO


İşğaldan azad olunan Cəbrayılın Horovlu kəndinin təməli keçən il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Kənddə ilkin olaraq 334 ev tikilir. Birinci mərhələdə 1395 nəfərin, yaxın gələcəkdə isə 3470 nəfərin (867 ailənin) burada məskunlaşması nəzərdə tutulub.