HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistan silahlı qüvvələrinin daha iki pilotsuz uçan aparatı məhv edilib

14388715636260538230_1000x669

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus 2 ədəd “Krunk-25” taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib

pua1

Müdafiə nazirliyinin saytına istinadən yayılan məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Videonu bu linkdən istifadə edərək yükləyə bilərsiniz.

Müdafiə naziri şəhidimizi medalla təltif edib

38086_src

Müdafiə Nazirliyinin saytında istinadən yayılan məlumata görə, Silahlı Qüvvələrimizin şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.