HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xronika

Zəfər tarixinin Laçın səhifəsi

2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürərək Laçın rayonunun işğalına son qoyub

27 il işğal altında qalan Xudafərin körpüsü bir gündə azad olundu

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, işğalçılar torpaqlarımızdan qovuldu. Erməni tapdağından xilas edilən bütün şəhər, rayon, kənd, qəsəbə və yüksəkliklərin öz strateji əhəmiyyəti var. 2020-ci il oktyabrın 18-də isə Cəbrayıl rayonunun tarixi Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşmən tapdağından təmizləndi.