İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 92 dəfə pozulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
Yerli sakinlərinAPA-ya verdikləri mlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub.