Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub.Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










