ANAMA: Zəngilanın Ağalı kəndinə köçürüləcək vətəndaşlara mina təhlükəsinə dair məlumatlandırma təlimlərinə başlanılıb

Vətəndaşların işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşmasında, bu ərazilərə həyatın qaytarılmasında və ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında körpü rolunu daşıyan “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağda genişmiqyaslı minatəmizləmə fəaliyyəti, eləcə də paralel şəkildə yenidənqurma işləri davam etdirilir.