HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 50 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 32 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 18 kəndi, Tərtər rayonunun 3, həmçinin Ağdərə  və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub. 

Anar Eyvazov: Ordumuz qələbə əzmi ilə zəfər yoluna davam edir – VİDEO ​

Oktyabrın 21-i gün ərzində və 22-sinə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonundakı və digər ərazilərdəki müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan, toplardan və reaktiv artilleriya sistemlərindən atəşə tutub.