Erməni silahlı bölmələri son sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.
Ermənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, 2015-ci ilin yanvar ayında 714, fevralda 625, martda 682, apreldə 575, mayda 728, iyunda 738, iyulda 819, avqustda 836, sentyabrda 828, oktyabrda 695, noyabrda 773, dekabrda 817 atəşkəs pozuntusu faktı qeydə alınıb.
Müdafiə Nazirliyinin saytında istinadən verilən məlumata görə, ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər. Qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.