Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Özümü şarjerdən çıxartdım, gümrahlaşmışdım. Bugün qocanın gündəliklərini oxuyub bitirməliydim, vaxt azalırdı. “Qoca” dediyimiz bu qəribə adam necə olmuşdusa birdən-birə ağlamağa başlamışdı və ağlamağı uzaq əsrlərin dərinliyində basdırmış dünyamızda aləm bir-birinə dəymişdi.
Heç zaman
unuda bilmədiyim
E.S.K.-ə
Biz siyasətin “S” hərfindən də qorxurduq.
Cəlil Məmmədquluzadə; “Xatiratım”
Bizim kiçik qəsəbəmizdə belə şeylər hər gün olmur. Xarici turistlər bura lap az gəlir. (Bilsəm yerlilərim bu hekayəni oxumayacaq, cəsarətlə deyərdim ki, heç yerli turistlər də gəlmir). İki xarici turistin gəlib burda tapışması qəsəbə üçün, az qala, əlamətdar hadisədir. Təkcə mən və barmenlər yox, kafenin daimi müştəriləri də bu cütlüyün tamaşasına dururlar.
Sübh azanından azca sonra qapımız qəflətən döyüldü. Deyəsən, şəhər adamı deyildi. Qatıqsatan da olmazdı yəqin. Çünki o, gələn kimi səsi yataqxananı başına götürürdü. Bu, kim idisə, çox yəqin, mənim uzaqda – Kürdən o üzə, Qarabağa simsar yerlərdə sığınacaq tapan qohumlarımdan idi. Bunu arvad da başa düşdü deyəsən. “Eşş” eləyib qollarını boynumdan sürüşdürdü. Bir yana baxanda günahı yox idi arvadın. İki balaca yataqxana otağına özümüz güclə sığışırdıq. Qonaq gələndə əməlli-başlı tıncıxırdıq.