Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Londonda Xocalı qurbanlarının xatirəsinə incəsənət qurğusu yaradılıb.
…Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırım bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan iri Xocalı soyqırımıdır…
…1988-ci ildən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yeritdiyi soyqırımı siyasəti, günahsız əhalimizin kütləvi qırğınları, zəbt olunmuş torpaqlarımızda misli görünməyən talanlar, vəhşiliklər, nəhayət, bütün dünyanı sarsıdan Xocalı faciəsi xalqımızın qəlbində sağalmaz yara kimi göynəməkdədir…