Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda
İyulun 13-də IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər.
İyulun 13-də IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər.

Bu gündən etibarən Xocalı rayonunun Malıbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır. Malıbəyli kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi avqustun 6-sı günün sonunadək davam edəcək.

Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkədə ənənəvi sahələrin daha da inkişaf etdirilməsi və yüksək məhsuldarlığın əldə olunması mühüm hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan ipəkçiliyin müasir texnologiyalar əsasında bərpası, xüsusilə işğaldan azad edilmiş ərazilərin aqrar potensialından səmərəli istifadə olunması və yeni tut (çəkil) bağlarının salınması xüsusi önəm daşıyır. Bu strateji xəttin tərkib hissəsi olaraq, azad edilmiş bölgələrdə baramaçılığın dirçəldilməsi istiqamətində artıq ilk praktiki nəticələr əldə olunmağa başlayıb. Belə ki, iyunun 19-da Xocalı rayonunda 34 ildən sonra ilk dəfə olaraq barama tədarükü həyata keçirilib.
İyunun 13-də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunun Daşbulaq kəndində əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.
