Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə çıxışından – Prezident sarayı,24 fevral 1996-cı il
…Xocalı soyqırımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır. Bu, bizim tariximizdə belə də həkk olmalıdır. Bu soyqırımının nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdənkənar bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq, dünya ictimaiyyətinə anladaq. Bu faciəni heç vaxt unutmaq olmaz. Və zaman keçdikcə, əksinə, bu faciəni biz dünyaya daha da kəskin göstərməliyik, xalqımıza göstərməliyik, gənc nəsillərə göstərməliyik, hamı bilsin ki, xalqımızın başına nə kimi faciə gəlibdir və eyni zamanda xalqımız öz azadlığı, öz Vətəni, öz torpağı uğrunda nə qədər qurbanlar verib, nə qədər qəhrəmanlıq nümunələri göstəribdir…
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









