HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xocavənd

Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub

Mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məhəllənin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verdi.

Xocavənd rayonu ərazisində yeni qərargah binası istifadəyə verilib

Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən qərargah binasının açılışında iştirak edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirə döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzinin, rabitə qovşağı və digər xidməti otaqların mövcud olduğu məruzə edilib.