HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Zəngilan

Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyası işə salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma stansiya barədə məlumat verdi.

Zəngilanın Ağalı kənd məktəbində 29 ildən sonra ilk zəng çalındı

Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə zəng çalınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilanın Ağalı kəndində sentyabrın 15-də – Bilik günündə yeni məktəb binası istifadəyə verilib.

Şərqi Zəngəzura qayıdış: Daha 10 zəngilanlı ailə doğma yurduna dönüb

İyulun 23-də Zəngilan rayonunun Ağalı kəndinə yola düşən daha 10 ailə öz doğma yurduna çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sevinc və qürur hissləri ilə Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb və onların xoş təəssüratları dinləyib.

ANAMA: Zəngilanın Ağalı kəndinə köçürüləcək vətəndaşlara mina təhlükəsinə dair məlumatlandırma təlimlərinə başlanılıb

Vətəndaşların işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşmasında, bu ərazilərə həyatın qaytarılmasında və ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında körpü rolunu daşıyan “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağda genişmiqyaslı minatəmizləmə fəaliyyəti, eləcə də paralel şəkildə yenidənqurma işləri davam etdirilir.