
Döyüş meydanında əldə etdiyimiz qələbələr bizə siyasi-diplomatik müstəvidə üstünlüklər verməkdədir. Moskvada imzalanan sənəddə Ermənistan humanitar atəşkəsə məcbur edilib. Eyni zamanda, münaqişənin baza prinsipləri də sənəddə əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 10-da keçirilən mətbuat konfransında ifadə edib.
Ermənistanın çox qısa müddətdə baza prinsipləri əsasında substansiv danışıqların aparılması öhdəliyini üzərinə götürdüyünü bildirən nazir deyib: “Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında qazandığımız uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin. Həmçinin Ermənistan danışıqlar zamanı özlərinin təhlükəsizliyini təmin etmək üçün şərtlər qoyurdu. Lakin biz bunu qəbul etmədik və bildirdik ki, bu məsələlər Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxandan sonra həll edilə bilər”.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









