
ABŞ-ın Nyu-York şəhərində Zəfər Günü münasibətilə aksiya keçirilib.
AZƏRTAC-ın məlumatına görə, məşhur Tayms meydanındakı ən hündür göydələn, Dünya Ticarət Mərkəzi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb. Aksiya Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə reallaşıb.
Aksiya çərçivəsində, həmçinin LED-ekranla təchiz olunmuş xüsusi avtomobil Nyu-York şəhərinin ən məşhur məkanlarının, o cümlədən Tayms meydanının, Birləşmiş Millətlər Təşkilatının Baş qərargahının, həmçinin Bryant Parkın yerləşdiyi və digər küçələrdə hərəkət edib. Ekranda “8 Noyabr – Azərbaycanın Zəfər Günüdür!” şüarı, Azərbaycan Respublikasının xəritəsi, eləcə də İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinin rəmzi – Qarabağın incisi xarıbülbül təsvirləri nümayiş etdirilib.
Akasiya ötən gün olub və noyabrın 8-də də günboyu davam edəcək.
Azərbaycan-Amerika Gənclər Federasiyası bu aksiyanın məqsədinin gənclər arasında milli həmrəyliyi gücləndirmək və Azərbaycanın mədəni irsini beynəlxalq auditoriyaya çatdırmaq olduğunu vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










