Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi onun özünə ziyan vuracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan nə qədər tez bunu anlayarsa, praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirərsə özü üçün yaxşı nəticələr əldə edər. Azərbaycan istənilən halda öz milli maraqlarını həyata keçirəcək və Ermənistan tərəfinin öhdəliklərini yerinə yetirməsini tələb edəcək.