Dövlət Gömrük Komitəsi (DGK) Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Azərbaycana gətirilməsi barədə xəbərlərlə bağlı məlumat yayıb.
DGK-nın mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumatda bildirilir ki, bəzi KİV-də Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Azərbaycanın gömrük sərhədindən keçirilməsi və ölkə ərazisində realizə edilməsi ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılıb.
DGK bununla əlaqədar bildirir ki, ölkə ərazisinə gətirilən kənd təsərrüfatı məhsulları sərhədkeçmə prosesi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlər – mənşə, fitosanitar, baytarlıq sertifikatları və digər zəruri sənədlər ciddi şəkildə yoxlanıldıqdan, lazım olduqda müəyyən laborator analizlər aparıldıqdan sonra gömrük sərhədindən keçirilməsinə icazə verilir.
“Qanunvericiliyin tələblərinə uyğun olmayan hal qeydə alındıqda isə dərhal zəruri tədbirlər həyata keçirilir. Üstəlik Azərbaycan Nazirlər Kabinetinin 305 saylı qərarında aparılan son dəyişikliklərə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsi istifadə üçün bir təqvim ayı ərzində 30 kq ərzaq məhsulunu güzəştli qaydada ölkəyə gətirə bilər ki, bu dəyişiklik də bu sahədə nəzarətin daha da gücləndirilməsinə şərait yaradır və əvvəllər yol verilən sui-istifadə hallarının qarşısını alır”, – deyə məlumatda deyilir.
DGK bir daha bəyan edir ki, idxal-ixrac əməliyyatları zamanı mövcud qanunvericiliyin tələblərinə ciddi əməl olunur və bu tələblərə cavab verməyən malların gömrük ərazisinə gətirilməsi qeyri-mümkündür.
http://www.apa.az/iqtisadiyyat-xeberleri/sahibkarliq-fealiyyeti/dgk-ermenistanda-istehsal-olunan-kend-teserrufati-mehsullarinin-azerbaycana-getirilmesi-ile-bagli-yayilan-melumatlara-aydinliq-getirib-3296.html

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









