Avqustun 2-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla – 9050 manat, 504 manat, 1527 manat, 1000 manat, 1000 manat, 2436 manat, 100 manat, 1000 manat, 535 manat, 27 manat, 80 manat, 1000 manat, 101 manat, 2800 manat, 230 manat, 460 manat pul vəsaitləri oğurlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. “İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb və bu, yeganə fakt deyil. Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişsə də, prinsiplər dəyişməz olaraq qalır. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda, pul vəsaitinizi itirəcəksiniz”, – deyə DİN rəsmisi vurğulayıb.