Oktyabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ciddi ziyan dəyib.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, məktəbin həyətinə top mərmisinin atılması nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.
Xatırladaq ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində ciddi zərər dəyib.









