
Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Liviya, Oman, Qətər, Küveyt ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu, adı çəkilən ölkələrin XİN-lərinin bəyanatlarında yer alır.
Bəyanatlarda, bu razılaşmanın iki ölkə arasındakı əməkdaşlıqda və qonşuluq münasibətlərində yeni mərhələnin başlanğıcı olacağına inam ifadə olunur. Qafqaz regionunda sabitlik və inkişafın əsaslarını möhkəmləndirəcək bu tarixi razılaşma yüksək qiymətləndirilir, ABŞ-ın münaqişələrin diplomatik yollarla həllinə və gərginliyin azaldılmasına yönəlmiş səyləri təqdir edilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









