Aprelin 24-də “Azərkitab” kitab təbliğatı mərkəzində Xaqani İsmayılın “Ermənilərin digər xalqlara qarşı törətdiyi soyqırımlar” adlı kitabının təqdimat mərasimi olub. Tarixçi və jurnalistlərin, eləcə də diplomatik korpus nümayəndələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan jurnalist Ramiz Əsgər X.İsmayılın fəaliyyəti barəsində iştirakçıları məlumatlandırıb. Kitabın müəllifi Xaqani İsmayıl kitab üzərində iş prosesindən, ermənilərin Birinci dünya müharibəsi dövründə yunanlara, sonrakı dövrdə Qafqazda almanlara, eləcə də Abxaziyada gürcülərə və digər millətlərə qarşı törətdiyi əməllərdən, İkinci dünya müharibəsi dövründə faşistlərin yaratdığı “erməni legionu”nun fəaliyyətindən danışıb. Ermənilərin torpaq iddialarının coğrafiyasından bəhs edən müəllif xain qonşularımızın “dənizdən-dənizə Böyük Ermənistan” ideyası ilə kifayətlənmədiklərini, İranın şimalı və Xəzərin şərqinə də iddialı olduqlarını vurğulayıb.
Sonra çıxış edən natiqlər “Ermənilərin digər xalqlara qarşı törətdiyi soyqırımlar” kitabının məziyyətlərindən danışaraq müəllifə uğurlar arzulayıblar. Qeyd olunub ki, kitab ingilis dilinə Pakistan səfirinin təşəbbüsü, Əliağa Hüseynovun dəstəyi ilə tərcümə olunub.




















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









