Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya vasitələri tam heyətdə yerindədir.