Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının insan hüquq və azadlıqlarının müdafiəsinə dair birgə keçirdiyi konfrans artıq ənənəvi xarakter daşıyır. Hər il ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində biz hüquqi konfransı keçiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Fərhad Abdullayev qeyd edib ki, konfransda müasir hüququn bütün aktual məsələləri müzakirə olunur. Bu konfransın məhz ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı keçirilməsi təsadüfi deyil. Çünki müasir Azərbaycanın hüquq sistemini, demokratik, hüquqi dövlət quruculuğunu ulu öndər Heydər Əliyevin fəaliyyətindən, onun müəyyən etdiyi istiqamətlərdən, ölkəmiz və xalqımız qarşısındakı xidmətlərindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması istiqamətində mühüm işlər görülüb, islahatlar həyata keçirilib. Bu gün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









