Ermənistanda Zəngəzur mis-molibden kombinatını Almaniyanın “CRONİMET Holding” şirkəti işlədib. Bu kombinat Oxçuçayda ekoloji fəlakətə yol açıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ADA universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Avropada korporativ məsuliyyətə xüsusi diqqət yetirildiyini bildirən F.Şəfiyev qeyd edib: “Mən özüm də Avropada, Almaniyada işləmişəm, bunun şahidiyəm. Azərbaycana gələndə fərqli davranış sərgilənir. Azərbaycan yaxın vaxtlarda həmin alman şirkətini beynəlxalq məhkəməyə verəcək, siz bunun şahidi olacaqsınız”.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









