“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə 26 sentyabr 2016-cı il tarixdə baş tutacaq ümumxalq səsverməsində(referendumda) referenduma çıxarılan səsvermə ilə bağlı “Ekzit-poll” tədqiqatını həyata keçirəcəkdir. Tədqiqatın aparılması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçən “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi artıq ekzit-poll tədqiqatının hazırlığına başlamışdır.
Layihə Fransanın “OpinonWay” Sosioloji Tədqiqatlar İnstitutu ilə əməkdaşlıqda həyata keçirilir . “OpinonWay” Sosioloji Tədqiqatlar İnstitutu həm Fransada həm də, beynəlxalq miqyasda nüfuzlu telekanallar və qəzetlərin sifarişi ilə ictimai rəyin öyrənilməsi ilə bağlı tədqiqatlar həyata keçirir. Layihənin həyata keçirilməsində metodoloji dəstək göstərən təşkilatın “ekzit-poll” (səs verənlərin tədqiqatı) sorğularındakı uğurlu beynəlxalq təcrübəsindən istifadə ediləcəkdir.
Layihə çərçivəsində 26 sentyabr 2016-cı il tarixdə, ümumxalq səsverməsi (referendum) günü 118 seçki dairəsi ərazisində olan 152 seçki məntəqəsində “ekzit-poll” sorğusu həyata keçiriləcək və bu zaman ilkin qiymətləndirmələrə əsasən tədqiqatın 12 000-dən artıq səs verəni əhatə edəcəyi gözlənilir.
Səsvermənin gedişi zamanı həyata keçiriləcək “exit-poll”un nəticələri gün ərzində üç dəfə (saat 13:00, 16:00 və 18:00), günün sonunda isə yekun nəticələr ictimaiyyətə təqdim olunacaqdır.
Səsvermə zamanı “Ekzit-poll” tədqiqatı keçirilən səsvermənin ədalətli və şəffalığının təmin edilməsində, nəticələrin müqayisəli təhlilində əsas indikatordan biri hesab olunur. Eyni zamanda “Ekzit poll” səsvermənin ədalətli nəticələrinin vətəndaş cəmiyyəti tərəfindən qəbul edilməsində də böyük əhəmiyyətə malikdir.
Layihə “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyasının dəstəyilə həyata keçirilir.
MƏTBUAT XİDMƏTİ