Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər günü münasibətlə virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitab sərgisində gənclər siyasətinə dair beynəlxalq və yerli təcrübəni özündə əks etdirən məlumatlar təqdim edilir.
Belə ki, materialda beynəlxalq və Azərbaycan Gənclər Gününün yaranma tarixi, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurları haqqında məlumatlar əks olunur.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində gənclər siyasətinə dair nəşr edilən “Azərbaycan gəncliyinin himayədarı”, “İlham Əliyev və müasir Azərbaycan gənclərin gözü ilə”, “Gələcək gənclərindir”, “Azərbaycanda gənclər hərəkatı”, “Azərbaycanın gələcəyi etibarlı əllərdədir” “Qloballaşma və müasir gəncliyin tərbiyə problemləri” kimi 10-dan çox kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.
Beynəlxalq Gənclər Günü ilə əlaqədar hazırlanan material kitabxananın rəsmi saytında yerləşdirilib.