Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.