Azərbaycan xalq rəssamı Hüseyn Əlirza Əliyev 1911-ci ildə Sisiyan rayonunun Comərdli kəndində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927-1932). 1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur. Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932-1935) təqaüdə çıxanadək «Xalq qəzeti»nin («Kommunist») bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib.
Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. O, «Qafqazın müdafiəsinə görə», «1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə», «Böyük Vətən müharibəsinin 30 illiyi» medalları və «Xalqlar dostluğu» ordeni ilə təltif olunub.
Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.

















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









