İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində həllinin tərəfdarıdır.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulmasına münasibət bildirərkən qeyd edib.
O deyib: “İran İslam Respublikası son toqquşmalar zamanı Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulmasından təəssüfləndiyini bildirir, tərəfləri daha təmkinli olmağa dəvət edir. İran həyati əhəmiyyət kəsb edən infrastruktura və yaşayış məntəqəsi olan şəhərlərə raket hücumlarının edilməsini, mülki şəxslərin öldürülməsini qınayır, həlak olanların ailələrinin kədərinə şərik olduğunu ifadə edir”.
Münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunmasının önəmini qeyd edən İran XİN-in sözçüsü bildirib: “İran İslam Respublikası bir daha tərəflərdən atəşkəsə riayət olunmasını, müzakirələrin beynəlxalq hüquqa uyğun, bir-birinin ərazi bütövlüyünə hörmət və işğal olunmuş ərazilərin boşaldılması çərçivəsində davam etməsini istəyir, regionda sülh və münaqişənin daimi həll yolunun əldə olunmasında müzakirələrin bərpa edilməsinin vacibliyini vurğulayır”.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









