İran İslam Şurası Məclisinin (parlamentin) Azərbaycan Respublikası Milli Məclisi ilə işçi qrupu Xocalı soyqırıminin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Xocalıda törədilmiş soyqırımı aktı pislənib. Bəyanatda deyilir: İslam inqilabının hədəflərini, Ali Rəhbərin ədalət və insanların ləyaqəti önündə ehtiramla durmağı prioritet bilən təlimatlarını bir daha vurğulamağı zəruri hesab edir. Bəyan edir ki, bu dostluq qrupu daima “ölkələrin ərazi bütövlüyü” kimi vacib elementlər və komponentlərə vurğu edir. Qonşuların, xüsusilə də dost və qardaş ölkə olan Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəkləyir. Həmçinin “işğal”a və dünyanın istənilən yerində şəhərlərə və yaşayış məskənlərinə hərbi hücuma qarşı olduğumuzu bəyan edir. Qarabağın işğalı dövründə Xocalı hadisəsinin qurbanlarının yaxınlarının kədərinə şərik olduğumuzu bildiririk”.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









