İran İslam Şurası Məslisinin (parlament) beynəlxalq siyasət və milli təhlükəsizlik komitəsinin sədri Müctəba Zonnurun rəhbərlik etdiyi parlament nümayəndə heyəti Bakıda səfərdədir.
AZƏRTAC İran parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, məclis üzvləri Azərbaycan parlamentində görüşlər keçirərək qarşılıqlı əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəklər.
İran parlamentinin nümayəndə heyətinin rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, İranın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına da səfər edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran