İşğaldan azad olunmuş ərazilərdə indiyədək 23 min hektar ərazi minadan təmizlənib, 55 mindən çox mina zərərsizləşdirilib. Həmin ərazilərdə tank əleyhinə10 min, piyada əleyhinə 19 min mina, həmçinin 26 min partlamamış silah-sursat aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə aprelin 1-də Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.
O bildirib ki, minalar insanların təhlükəsizliyinə, sağlamlığına və inkişafına təhlükə olaraq qalır, bu qlobal problem qlobal cavab tələb edir. Bu konfrans əməkdaşlıq, bölüşmə və öyrənmə üçün platforma rolunu oynayır. Tədbirdə dünyanın 34 ölkəsindən 150 iştirakçı iştirak edir.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









