
Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında iyunun 20-də İstanbulda işə başlayan Qlobal Parlament Konfransı çərçivəsində miqrasiya və qaçqınların acı həyatını əks etdirən fotosərginin açılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Milli Məclisin sədri Sahibə Qafarova, Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pachecon və digər iştirakçılar sərginin açılışında iştirak ediblər.
Sərgidə keçmiş Qarabağ münaqişəsinin acılarını, eləcə də Xocalı soyqırımının dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









