
Azərbaycanda səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli aprelin 12-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, italiyalı qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş
qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üstünə güllər düzüb.