İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul