
Yaz mövsümündə muxtar respublika ərazisində, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə yaşıllaşdırma tədbirləri aparılır. Naxçıvanda qədim meyvəçilik sahələrindən olan badamçılıq Kəngərli rayonunda da diqqətdə saxlanılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu işlərin davamı olaraq rayonun Böyükdüz kəndi ərazisində şoranlaşmaya meyilli 1,8 hektar ərazidə 1100 badam tingi əkilib. Tinglərə aqrotexniki qulluq göstərilib, lazımi becərmə və suvarma tədbirləri görülüb.
Qeyd edək ki, bu il rayonda 2,3 hektar sahədə yeni badam tingi əkilib, ümümilikdə isə 40 hektara yaxın sahədə badam bağı salınıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









