Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatının adı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə macar alimi Katalin Kariko və amerikalı Dryu Vaysman 2023-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldüyü elan edilib. Alimlər bu mükafata “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” layiq görülüblər.