Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus şəxsi heyət daşıyan daha 4 avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Beləliklə, gün ərzində indiyədək sülhməramlıların ümumilikdə 31 avtomobili aksiya ərazisindən keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.