
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiya davam edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş əməkdaşı xəbər verir ki, etirazçılar bu dəqiqələrdə yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üstündə ingilis və rus dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir, vətənpərvər ruhlu mahnılar oxuyurlar.
Ekofəallar yüksək əhval-ruhiyyədədirlər. Tələblər isə dəyişməz olaraq qalır – ekoloji terrora son qoyulması, sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə faydalı qazıntı yataqlarımızın monitorinqinin aparılmasına icazə verilməsi.