
Azad Laçın indi doğma sakinləri ilə birlikdə öz azadlığının bir ilini qeyd edir. Uzun illərin yurd həsrəti bitib, laçınlılar yarım qalan xatirələrini yenidən yaşayırlar. Laçının azad olunmasının ildönümündə göy üzü atəşfəşanlığa qərq olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, otuz il müddətində Laçından ayrı düşən və yurd həsrəti ilə yaşayan laçınlılar hazırda öz doğma yurdlarına qayıdışının sevincini yaşayırlar. Onlar öz doğma yurdlarının azadlığının ilk ildönümünü böyük coşqu və atəşfəşanlıqla qeyd ediblər. Gecə saatlarında başlayan atəşfəşanlıq Laçın səmasını daha da gözəlləşdirib.
Qeyd edək ki, Laçın şəhəri və Zabux kəndi də daxil olmaqla hazırda Laçın rayonu ərazisində ümumilikdə 992 nəfər sakin, yəni 254 ailə məskunlaşıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









