
Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki “John Lewis” binası, “Soho” ərazisində, “London Eye” ərazisində , “South bank” ərazisində “Covent Garden” ərazisində və “Knightbridge” ərazisindəki binalar üçrəngli bayrağımızın rənglərinə boyanıb.
London vaxtı ilə saat 19:00-dan başlayan işıqlandırma mərasimi 01:00-dək davam edib.